24 Fevral 2023 16:28
3 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması yekun sülh müqaviləsində öz əksini tapacaq. Bura Qarabağın Azərbaycan ərazisi kimi tanınması da daxildir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.

“Ermənistan hakimiyyəti artıq şifahi şəkildə, bəzi yerlərdə isə sənədləşdirib, məsələn, Praqa sənədi üzrə razılaşıb ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır və qalmalıdır. Bütün bunlar sülh müqaviləsi imzalananda öz təsdiqini (rəsmi) tapacaq”, - sabiq nazir bildirib.

Oskanyan bu gün diplomatik sahədə baş verənlərin Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanınması ilə yekunlaşacağını söyləyib. Onun iddiasına görə, bu, bənd şəklində imzalanacaq sülh müqaviləsində öz əksini tapacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər