Parisdə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə nümayəndəlik “Twitter” hesabında paylaşım edib.
Bildirilib ki, Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.