27 Fevral 2023 18:20
1 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı şagird və tələbələrdən ibarət beynəlxalq ingilis dili kursu olan “Shane Academy” komandası İstanbulda keçirilən Birləşmiş Millətlər Təşkilatının "Best Diplomats" debat yarışında 70 ölkə (ABŞ, Almaniya, İraq, Pakistan, Fransa, Nigeriya, Liviya, Ermənistan və s.) arasında birinci olub.

Teleqraf.com xəbər verir ki, “Best Diplomats” müxtəlif ölkələrdən olan yeniyetmə və gənclərin debat aparmaq bacarıqlarını inkişaf etdirməsinə, haqlı saydıqları mövqenin qələbə qazanması üçün tutarlı arqument və dəlillər gətirməsi vərdişləri aşılayan beynəlxalq yarışdır.

Fevralın 24-26 tarixlərində İstanbulda keçirilən beynəlxalq yarışda 10 nəfərdən ibarət heyətlə iştirak edən Azərbaycan komandasının hər bir üzvü ayrı-ayrılıqda digər ölkələrdən olan yarışmaçılarla debatda qalib gələrək özlərinin dərin ingilis dili bacarıqları ilə yanaşı, yüksək səviyyədə debat aparmaq qabiliyyətlərini də nümayiş etdirib. Azərbaycanlı yarışmaçıların beynəlxalq miqyaslı layihə və yarışlarda əldə etdiyi bu uğur daha bir beynəlxalq platformada Azərbaycanın adının ucaldılmasına xidmət edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər