16 Mart 2023 12:52
6 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paşinyan anlayır ki, Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaradacaq və Ermənistan ordusu bunun qarşısını ala bilməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistanın ictimai-siyasi gündəmində müzakirə olunan məsələlərə diqqət çəkib:

“Ermənistanda son günlər ən çox cavab axtarılan sual budur: Baş nazir Nikol Paşinyan son mətbuat konfransında “orduda hələ də “5-ci kolon” var” cümləsi ilə nə demək istəyib?.

Ermənistan ordusunda “5-ci kolon” nə ABŞ-a, nə də hansısa Avropa ölkəsinə aiddir. Paşinyan bunu dedikdə birmənalı şəkildə Rusiyanın agentura şəbəkəsini və buna bağlı erməni generalları nəzərdə tutur.

Paşinyan “5-ci kolon” ifadəsiylə özünü gələcək məğlubiyyətlərdən sığortalamaq istəyir. Yəni demək istəyir ki, “mən Azərbaycana qarşı bacardığım qədər müqavimət göstərirəm, ordu bacarıqsızdırsa, bu mənlik deyil”.

Paşinyan anlayır ki, Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaradacaq və Ermənistan ordusu bunun qarşısını ala bilməyəcək. Paşinyanın Rusiyaya ümidi yoxdur, ancaq Qərbdən də istədiyi təhlükəsizlik təminatını ala bilməyib. ABŞ, Avropa İttifaqı və ya Fransa Azərbaycanı dayandıra bilməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər