“Rəsmi Bakı və İrəvan danışıqların növbəti mərhələsinin Rusiyada keçirilməsi təklifini qəbul edib”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, danışıqların tarixi daha sonra açıqlanacaq.
“Rusiyanın Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına dəstək vermək səyləri zəifləməyib”, - Zaxarova əlavə edib.