Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Xızı rayonu ərazisində partlayış hadisəsi ilə bağlı məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, məlumatda partlayışın hərbi sursata müdaxilə nəticəsində baş verdiyi bildirilir. Hadisə nəticəsində 2 nəfər mülki şəxs həlak olub, 1 nəfər xəsarət alıb.