29 Aprel 2023 12:16
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın paytaxtı Vaşinqtona işgüzar səfərə yola düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

ABŞ-ın paytaxtında Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə dair saziş üzrə müzakirələrin növbəti raundunun keçirilməsi planlaşdırılır.

Ermənistan baş nazirinin müavini, Türkiyə-Ermənistan münasibətləri üzrə xüsusi nümayəndə Rubin Rubinyan da nümayəndə heyətinə daxildir.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda görüşəcəklərinə dair məlumat yayılmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər