15 May 2023 16:24
1 229
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Birliyinin (AB) müşahidəçiləri Ermənistan və Azərbaycana yox, Brüsselə hesabat verirlər”.

Teleqraf.com xəbər verir ki, bunu AB-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Andrea Viktorin deyib.

“Son zamanlar baş verən insidentlərə gəlincə, əgər Zoddan danışırıqsa, onlar orada olmayıblar, amma sərhəd boyu kifayət qədər mövcuddurlar. Onlar nəyinsə baş verdiyi yerdə olmaq istəmirlər, sərhədi izləyirlər və gördüklərini qeyd edirlər, amma bu o demək deyil ki, avtomatik olaraq nəyinsə baş verdiyi bir nöqtəyə çata bilərlər”, - AB rəsmisi bildirib.

Səfir həmçinin qeyd edib ki, Ermənistan tərəfi müşahidəçilərin təhlükəsizliyinə cavabdehdir.

“Müşahidəçilərin konkret bir nöqtəyə getməkdən imtina etdiyi bir durum ola bilər”, - Viktorin əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər