“Nəqliyyat komunikasiyalarının əsas elementi olan Zəngəzur dəhlizi ilə bağlı Ermənistan və Rusiya arasında fikir ayrılığı var”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalit, siyasi şərhçi Asəf Quliyev deyib.
Ekspert Ermənistan-Azərbaycan gərginliyi ətrafındakı son gəlişmələrə diqqət çəkib: “Üzdə görünməsə də, bölgədə gərginlik son dərəcə yüksəkdir.
Birinci, Paşinyan Türkiyə prezidentinin andiçməsinə qatılır;
İkinci, Vardanyan tələb edir ki, ermənilərin Laçın postundan keçidləri dayandırılsınlar;
Üçüncü, Rusiya Ermənistanda dağlıq ərazidə helikopter uçuşularının təkmilləşdirilməsi təlimləri keçirir;
Dördüncü, Rusiya Qafanda baş konsulluq açır (İran artıq açıb);
Beşinci, Avropa İttifaqının monitorinq missiyası Qafan və yaxın ərazilərdə yeni əməliyyat mərkəzləri yaradır;
Altıncı, ABŞ-da keçiriləcək danışıqlar təxirə salınır;
Yedinci, bəlli olur ki, sərhədlərin dəqiqləşdirilməsi üçün heç bir ilkin razılaşma yoxdur;
Səkkizinci, nəqliyyat komunikasiyalarının əsas elementi olan Zəngəzur dəhlizi ilə bağlı Ermənistan və Rusiya arasında fikir ayrılığı var.
Bölgə barıt çəlləyidir, ətrafda isə güclü yanğın var”.