“Moskva Bakı ilə İrəvan arasında sülhə gətirib çıxaracaq istənilən konstruktiv vasitəçiliyi dəstəkləyir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında iyulun 15-də Brüsseldə keçirilməsi planlaşdırılan görüşə Zaxarovanın reaksiyası belə olub:
“Biz davamlı sülhə aparan istənilən konstruktiv vasitəçiliyi dəstəkləyirik. Ona görə də görüşün nəticələrinə əsasən nəticə çıxarmaq lazımdır”.