Xankəndidə bir qrup separatçı Beynəlxalq Qırmızı Xaç Komitəsinin “ofis”inə yürüşə başlayıblar.
Teleqraf.com xəbər verir ki, separatçılar “ofis”dən beynəlxalq ictimaiyyətə “real məlumatlar”ın çatdırılması tələbi edirlər.
BQXK-nın Xankəndidəki “ofis”inin önündəki aksiyadan sonra Rusiya sülhməramlı qüvvələrinin qərargahına doğru hərəkət edəcəklər.
Separatçılar Xankəndinin mərkəzində hər gün mitinq keçirəcəklərini bildirirlər.