“Türkiyə Ermənistan-Azərbaycan nizamlanması prosesində təsirli rol oynaya bilər”.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.
Jurnalist ABŞ dövlət katibi Entoni Blinkenin Türkiyə xarici işlər naziri Hakan Fidanla telefon danışığı zamanı Ermənistan-Azərbaycan münasibətlərini müzakirə etdiyini xatırladıb və Ankaranın bu prosesdə rolunun nədən ibarət olduğunu soruşub.
“Bu şəxsi söhbətin təfərrüatları barədə danışmaq istəmirəm. Amma inanırıq ki, Türkiyə bu məsələdə təsirli rol oynaya bilər”, - Miller jurnalistə deyib.