28 Avqust 2023 17:16
5 495
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı İrəvandan Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını təsdiqləyən sənəd tələb edir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Arman Abovyan deyib.

“Azərbaycan Ermənistan hökumətindən belə bir sənəd tələb edir, bu da Ermənistan qanunvericiliyi əsasında olmalıdır. Başqa sözlə, söhbət Ermənistan parlamenti, prezidenti və Konstitusiya Məhkəməsi tərəfindən Qarabağın təhvil verilməsi haqqında sənədin ratifikasiyasından gedir”, - siyasətçi bildirib.

Abovyan bunun Ermənistanın “müstəqillik bəyannaməsi” və “konstitusiya”sına “zidd” olduğunu söyləyib. Onun sözlərinə görə, bu səbəbdən də qanunvericikdə dəyişiklik etmək lazımdır.

“Azərbaycan Ermənistan hakimiyyətindən sülh müqaviləsinin ratifikasiyası ilə bağlı bütün prosedurların həyata keçirilməsini tələb edir. Şübhəsiz ki, Ermənistan hökuməti Azərbaycanın tələblərini yerinə yetirməyə hazırdır”, - sabiq deputat söyləyib.

Abovyan əlavə edib ki, Ermənistan hakimiyyəti əhalini “müstəqillik bəyannaməsi”nin mətnində və “konstitusiya”sında mümkün dəyişikliklərə hazırlamağa çalışır. O, Nikol Paşinyan hökumətinin ictimai rəyin dəyişdirilməsində böyük təcrübəyə malik olduğunu bildirib.

Ermənistanın “müstəqillik bəyannaməsi” və “konstitusiya”sında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alıb. Abovyan bu baxımdan separatçı qanunların dəyişdirilməsinin Azərbaycanla yanaşı, Türkiyənin də tələbi olduğunu söyləyib.

Baş nazir Nikol Paşinyan bundan əvvəl qonşu ölkələrə ərazi iddialarını ehtiva edən Ermənistanın “dövlət himni”, “gerb”i, “müstəqillik bəyannaməsi” və “konstitusiyasını tənqid edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər