5 Oktyabr 2023 21:36
1 896
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Parlamentinin (AP) bu gün (oktyabrın 5-i) qəbul etdiyi “Azərbaycanın hücumundan sonra “Dağlıq Qarabağda vəziyyət və Azərbaycanın Ermənistana davam edən təhdidləri” adlı məcburi xarakter daşımayan qətnamə məsuliyyətsizlik, qərəz, tərəfkeşlik və məlumatsızlıq örnəyidir”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyi Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə ilə bağlı bəyanatında bildirib.

“İllərdir Türkiyəyə qarşı əsassız ittiham və iddialarla dolu qərarlar verən bir qrup populist Avropa Parlamenti üzvünün ölkəmizi hədəfə alan ritorikasına əsaslanan bu qərarı pisləyirik.

Populizm, irqçilik, islamofobiya, multikulturalizmin və antiinteqrasiyanın getdikcə gücləndiyi Avropa siyasəti indiki tərkibi ilə AP-də bütün ifratları ilə özünü ifşa edir. Aİ-nin gələcəyi ilə bağlı diləyimiz budur ki, səlahiyyət müddəti tezliklə başa çatacaq hazırkı AP-nin Aİ-nin fundamental dəyərlərinə sadiq olan konstruktiv, əhatəli və həssas nümayəndələrdən ibarət yeni tərkibdə olmasıdır”, - sənəddə qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər