“Azərbaycan Qərb platformasında da görüşlərə hazırdır”.
Bunu Teleqraf.com-a “Bakı” politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, bizi görüşün hansı formada keçiriləcəyi maraqlandırır:
“Avropa İttifaqı və onun nümayəndələri son günlər Azərbaycana qarşı təzyiqlərə keçiblər. Belə olan təqdirdə rəsmi Bakı görüşün başqa bir yerdə keçirilməsi məsələsini qaldıra bilər. Söhbət Ermənistan baş naziri ilə görüşdən imtinadan yox, Azərbaycana tənqidi yanaşan şəxslərin görüşdə iştirakının nə qədər doğruluğundan gedir. Eləcə də Azərbaycana tənqidi yanaşan qurumun görüşlərdə dirijor rolunu oynamasının nə qədər də doğru olub-olmamasından”.
Zaur Məmmədov bildirib ki, Azərbaycan erməniləri Qarabağdan zorla çıxarmayıb:
“Azərbaycan reinteqrasiya planını təklif edib. Burada çətin heç nə yoxdur: 1987-ci ilə qədər bölgədə yaşayan ermənilər Qarabağa qayıda bilərlər. Şərt ondan ibarətdir ki, vətəndaşlığı qəbul etməlidir. Başqa plan Azərbaycan tərəfindən qəbul edilməyəcək. Ümumiyyətlə, Makronun hansı mənəvi-siyasi statusda çəkisi var ki, Azərbaycanın daxili məsələsi ilə bağlı vasitəçi olsun və onun hansısa layihəsini qəbul edək?”.