2 Noyabr 2023 13:21
5 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasının yer aldığı konstitusiyanı da dəyişəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin keçmiş deputatı Anna Kostanyan bildirib.

“Hakimiyyətin atdığı addımlar bizə güman etməyə imkan verir ki, çox yaxın gələcəkdə nəinki konstitusiya dəyişəcək, həm də Ermənistanın müstəqillik bəyannaməsi ləğv ediləcək”, - Kostanyan vurğulayıb.

Siyasətçi sülh müqaviləsinin gündəmdə olmasına baxmayaraq, Ermənistan və Azərbaycanın hələlik barışıq anlaşmasından uzaq olduğunu iddia edir. Bununla belə, o, Paşinyanın Qərbin təkidi ilə bu yöndə cidd-cəhdlə çalışdığını deyib.

Türkiyəyə gəlincə, Kostanyanın fikrincə, Ankaranın bölgədə uzunmüddətli hədəfləri var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər