9 Dekabr 2023 12:35
7 766
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibinin müavini Ceyms Obrayn Azərbaycanda olanda Prezident İlham Əliyevə söz verdi ki, bubölkələr arasındakı bəzi qadağalar aradan götürülür. Artıq Azərbaycandan rəsmi şəxslərin Vaşinqtona getməsinə ABŞ etiraz etmir.

Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqtona dəvət edilməsi ilə bu problem aradan qaldırılır:

“Yəni birmənalı şəkildə danışıqların davam etdirilməsinə şərait yaradır. Bundan əvvəl onlar əlindən gələni etmişdilər ki, münasibətlər pozulsun. Amma son anda Ağ Evdə də başa düşdülər ki, Azərbaycanla gərgin münasibətlərin yaranması Amerikanın maraqlarına ziddir. Düşünürəm ki, bu səfərdən sonra geniş formada olmasa da, hər halda danışıqlara müəyyən şərait yaranacaq. Biz Ermənistanla sülhə yaxınıq, amma bu, onların özlərindən asılıdır. Ermənistan bunu anlamalıdır ki, heç bir böyük qüvvənin təsiri olmadan Azərbaycanla bir araya gəlməsi region üçün daha yaxşı olar. Regionda sülh və əmin-amanlıq yarana bilər. Əslində, hərbçilərin mübadiləsi artıq birinci addımdır. Hətta deyərdim çox mühüm bir addımdır. Eyni zamanda biz onu da bilirik ki, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Yəni buna etiraz etmir. Bu da kompromis üçün yeni bir addımdır. Beləliklə, addım-addım yeni problemlər yaranmayacaqsa, bir sıra məsələləri də həll etmək olacaq. Amma bütün məsələlər sistemli və ardıcıl şəkildə getməlidir. Bu o deməkdir deyil ki, artıq bütün məsələlər həll olunub və hər şey artıq hamardır. Hələ də bir sıra problemləri aradan götürmək lazımdır. Simonyanın söylədikləri fantastik uydurmalardır. Sülhün nə vaxt imzalanacağını heç kəs qabaqcadan deyə bilməz. Bu belə məsələdir ki, burada müəyyən kompromis, güzəşt olmalıdır. Ermənistan bir sıra iddialardan imtina etməlidir. Bu proses əgər başlanıbsa, müsbət bir haldır. Amma biz prosesin hələ hara gəlib çıxacağını bilmirik".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər