Azərbaycanla sərhəddə (Naxçıvan istiqamətndə - red.) inşa olunan Yerasx (Arazdəyən) metallurgiya zavodu Ararata köçürülərək tikiləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin bu gün keçirilən iclasında qərar qəbul edib.
Qeyd edək ki, ekoloji cəhətdən təhlükəli olan zavodun Araz çayı yaxınlığında tikilməsi Azərbaycanın etirazına səbəb olmuşdu. Müəssisənin yerinin dəyişdirilməsi ilə bağlı Ermənistana tələb irəli sürülmüşdü.