24 Yanvar 20:13
1 341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətini atəşə tutmaq üçün Belqorod aerodromuna raketlər çatdıran Rusiya hərbi-nəqliyyat təyyarələrini məhv etməyə davam edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk sosial şəbəkəsində yaydığı məlumatda deyilir.

“Raket təhlükəsini azaltmaq üçün Ukrayna silahlı qüvvələri təkcə hava məkanına nəzarət etmir, həm də raket buraxılış məntəqələrinə və onların çatdırılmasının logistikasına, xüsusən də hərbi nəqliyyat təyyarələrindən istifadə etməklə ətraflı nəzarət edir”, - Baş Qərargah qeyd edib.

Bu xüsusda bildirilir ki, Xarkov vilayətini rus işğalçıları tərəfindən atəşə tutmasının qeydə alınan intensivliyi son vaxtlar Belqorod aerodromuna gedən hərbi-nəqliyyat təyyarələrinin sayının artması ilə birbaşa bağlıdır.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər