16 Fevral 12:30
3 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Avropa Birliyi (AB) müşahidəçilərinin Ermənistanda (Azərbaycanla sərhəddə) yerləşdirilməsini öz mövcudluğu, nüfuzu və reputasiyasına təhlükə kimi qəbul edir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

Siyasətçi AB-nin bu addımın bölgədə gözlənilməz gəlişmələrə yol açacağını iddia edir:

“Regionumuzda baş verən hadisələr kifayət qədər mürəkkəb mərhələyə qədəm qoyub. Buna təkcə Ermənistan-Azərbaycan danışıqlarının yarımçıq qalması yox, həm də regional və geosiyasi toqquşmalar, eləcə də sərt qarşıdurmalar səbəb olur. Vəziyyət AB-nin Ermənistana müşahidə missiyası göndərdikdən dərhal sonra kəskinləşdi. Buna təkcə Azərbaycan yox, qonşu İran və Rusiya qarşı çıxır.

Azərbaycanla bağlı məsələ məlumdur, Rusiya müşahidəçilərin yerləşdirilməsini öz mövcudluğu, nüfuzu və reputasiyasına təhlükə kimi qəbul edir. İran da bildirir ki, üçüncü ölkələrin regionda olması yolverilməzdir. Tehran hansısa mərhələdə bunun özünə qarşı yönələcək təhdid hesab edir.

AB-nin müşahidə missiyasının yerləşdirilməsi və genişləndirilməsinin yeni gərginlik yaratdığı və vəziyyətə gözlənilməzlik əlavə etdiyi artıq göz qabağındadır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər