23 İyul 21:42
1 505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevlə “MedEra” klinikasının mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayevin vəhşicəsinə döyülməsi ilə nəticələnən videogörüntülərin sosial şəbəkələrdə yayılması ictimai diqqəti bu istiqamətə yönəldib.

Teleqraf.com xəbər verir ki, tanınmış televiziya jurnalist, “Səni Axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı da məsələyə münasibət bildirib.

O, Facebook sosial şəbəkəsində paylaşımların birinin altına bu məzmunda şərh yazıb:

“Baltanı kim atıb və niyə? Araşdırmaq lazımdır”.

Bundan sonra Xoşqədəm Hidayətqızı ilə Ağadadaş Ağayevin pərəstişkarları arasında müzakirə başlayıb. Aparıcı fikirlərinə belə davam edib:

“Nə olur-olsun, o, balta atılmamalı idi! Və əgər tanınan insandırsa, heç atmamalı idi”.

Tərəflər arasında müzakirə bununla da yekunlaşmayıb. Xoşqədəm Hidayətqızı sonadək öz fikrində qalıb:

“Xalq artisti belə bir addım atmamalıdır”.

Aparıcı "İnstaqram" hesabında isə bunları yazıb: "Niyə? Yağışda, istidə qapıda dayanaraq ailəsinə çörəkpulu aparan birinin hansı addımı qarşı tərəfi bu qədər amansız edib? Bu balta nəyə görə atılıb, kimə dəyib? Və balta atıldıqdan sonra mühafizəçi niyə müğənninin qarşısına çıxıb? Araşdırılmalı mövzu və suallar…Niyə bu hala gəldik, insanlar niyə bu qədər amansız olub? Nə yaşlı, nə qadın, nə uşaq, nə xəstə gözümüzə görünür… Hələ kənarda dayanan insanların soyuqluğu...Çox üzgünəm"

Qeyd edək ki, "MedEra" hospital Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişin sponsorlarından biridir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər