ABŞ prezidenti Co Baydenin seçki kampaniyası üçün toplanan pulun aqibəti məlum olub.
Teleqraf.com xəbər verir ki, toplanan pullar Demokratlar Partiyasından prezidentliyə namizəd olaraq Baydenin yerinə keçəcəyi təqdirdə vitse-prezident Kamala Harris üçün xərclənə bilər.
Seçki hesabı Bayden və Harrisin adına qeydə alındığından o, pulun taleyinə nəzarət edə biləcək. Bu günə qədər Baydenin seçki büdcəsinə 91 milyon dollar toplanıb. Eyni zamanda, ekspertlər Harris vitse-prezidentliyə namizəd olaraq qalacağı və ya prezidentlik yarışından geri çəkiləcəyi təqdirdə demokratların demək olar ki, bütün ianələrini itirmək riskindən ehtiyat edirlər.