Dağıstanın təhlükəsizlik qüvvələri Mahaçqala məbədində gizlənən 19 nəfəri xilas edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Dağıstanın Daxili İşlər Nazirliyi məlumat verib.
Bildirilir ki, kilsə yaxınlığında atışma başa çatıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları dörd silahlını məhv ediblər. Hücumda Dağıstanın Serqokalinski rayonunun başçısının iki oğlu iştirak edib.
Dağıstan Müftiliyi xəbər verir ki, 9 nəfər terror aktlarının qurbanı olub. Onlardan 7-si hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.