Avstriyaya 2:1 hesabı ilə qalib gələrək Avropa çempionatında 1/4 finala adlayan Türkiyə yığmasının matçdakı iki qəhrəmanı Merih Demiral və Mert Günokun matçdan sonra maraqlı dialoqu diqqət çəkib.
Teleqraf.com-un məlumatına görə, futbolçular bir-birini təbrik edərkən Merih Mertin son dəqiqədə etdiyi kritik qurtarış barədə qolkiperə sual verib.
Demiral Günokdan “o, topu necə çıxardın” deyə soruşub. Onların arasındakı bu dialoq maraqla qarşılanıb.