Ermənistan həqiqətən sülh müqaviləsinin imzalanmasını istəyirsə, konstitusiyasını dəyişdirməlidir.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Azərbaycanla Ermənistan arasında 4 anklav kəndlə bağlı məsələ sülh müqaviləsi prosesində öz həllini tapa bilər. Bu baxımdan, mübadilə də mümkündür. Ermənistan ərazisində yerləşən bu kəndlərdə infrastruktur layihələri həyata keçirmək və əhalini ora köçürmək strateji cəhətdən risklidir. Əlbəttə, son qərar Azərbaycan dövlətinə məxsusdur”, - ekspert bildirib.
Məhəmməd Əsədullazadə sülh prosesinə də diqqət çəkib:
“Ermənistan xarici işlər naziri Ararat Mirzoyan növbəti dəfə sülh müqaviləsinin bir aya imzalanmasının mümkünlüyündən danışıb. Ermənistan rəhbərliyi bir müddətdir bu tezisi gündəmdə saxlayır. Amma bunda səmimi olduqlarını düşünmürəm, bununla beynəlxalq ictimaiyyətə “sülhə hazır olduqlarını” göstərməyə çalışırlar. Ermənistan konstitusiyası dəyişmədikcə, imzalansa belə, sülh müqaviləsi dayanıqlı olmayacaq. Çünki bu bədnam konstitusiyada açıq şəkildə Azərbaycana qarşı ərazi iddiası irəli sürülür.
Prezident İlham Əliyev də Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılmayana qədər sülh müqaviləsinin bağlanmasının mümkün olmayacağını bəyan edib. Amma baza prinsipləri əsasında çərçivə sazişinin imzalanması mümkündür”.