Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması və kommunikasiyaların yenidən açılması Cənubi Qafqazın daha sabit və firavan olması üçün vacib elementlərdir.
Teleqraf.com xəbər verir ki, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar "X"də yazıb.
O, ötən gün Türkiyə və Ermənistanın normallaşma üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubenyan arasında sərhəddə baş tutan görüşün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.