19 Avqust 20:25
2 401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı ona təqdim olunan yemək menyusu açıqlanıb.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, yemək masasına qara kürü, kükü, qızardılmış badımcan salatı, qızardılmış düşbərə və soyuq sup düzülüb.

Bundan başqa, ət və göy qutabları da ali qonağın şərəfinə menyuda yer alıb. Rusiya lideri milli mətbəximizdən yarpaq dolmasının da dadına baxıb.

Menyuda qızardılmış alabalıq da olub. Masaya təndirdə qızardılmış keçi də gətirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər