20 Avqust 12:35
1 686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana rəsmi səfərə gedirsə, buna görə Ermənistanda qınanıla bilməz.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın “Hraparak” qəzetinə müsahibəsində Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib.

Siyasətçi erməni jurnalistin Putinin Bakı səfərinin Türkiyəyə mesaj olub-olmaması ilə bağlı təxribatçı sualı ilə razılaşmayıb:

“Düşünmürəm ki, Putin Rusiya-Türkiyə münasibətlərinin bütün məsələlərinin Azərbaycan vasitəsilə həll oluna biləcəyini güman edərək, Ərdoğanla təmaslardan vaz keçmək fikrindədir. Bu, doğru deyil. Türkiyə ilə Azərbaycanın yaxınlığını nəzərə alsaq, əlbəttə, Türkiyəyə konkret mesajların verildiyi, xüsusən də münasibətlərdə gərginlik olanda bəzi mesajların Azərbaycan üzərindən verildiyi halları bilirəm. Düşünürəm ki, Putinin səfərinin öz əhəmiyyəti var, bu, Türkiyə ilə təmasları əvəzləmir”.

Zatulin ermənilərin olmadığı yerdə Putinin Ermənistan-Azərbaycan münasibətləri, dəhlizlərin açılması və digər məsələri azərbaycanlı həmkarı İlham Əliyevlə müzakirə etməsi barədə suala da cavab verib:

“Putin Azərbaycana rəsmi səfərə gedirsə, buna görə niyə qınanılmalıdır? Azərbaycana erməni tərcüməçi ilə geməliydi? Mən belə düşünürəm. Putin Əliyevlə Rusiya-Azərbaycan münasibətləri ilə yanaşı, Qarabağ, sülh müqaviləsi və digər məsələləri də müzakirə etməliydi. Bu, çox təbiidir. Avropa İttifaqı və ABŞ-dən Azərbaycan və ya Ermənistana gələnlər də bu məsələləri müzakirə edirlər. Yəni Putinin Azərbaycana səfəri üçün Ermənistanın razılığını almalı olacağını təsəvvür etmək mənə elə gəlir ki, hər bir anlayışdan kənardır”.

Həmişə ermənilərin tərəfində olan, onların Azərbaycana qarşı işğalçı və separatçı iddialarını dəstəkləyən Zatulin bu dəfə də öz “köhnə ənənə”sinə sadiq qalıb. O, müsahibədə müvafiq suala cavab olaraq, Azərbaycanda həbs edilmiş erməni hərbi cinayətkar və terrorçuların azad edilməsini istəyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər