9 Sentyabr 17:26
1 604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Bakı və İrəvan arasında sülh sazişi ilə bağlı razılaşdırılmayan əsas bənd Ermənistan Konstitusiyasında dəyişikliklə bağlıdır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Ermənistan xarici işlər naziri Ararat Mirzoyan söyləyib ki, İrəvan və Bakı sülh sazişi layihəsi üzrə 16 bənddən 13-nü tam, 3-nü isə qismən razılaşdırıb. Baş nazir Nikol Paşinyan avqustun 31-də sülh sazişinin 17 bəndindən 14-nün razılaşdırıldığını bildirmişdi. Rəqəmlərdə fərqlilik var. Bəndin biri hara gedib? Ya Paşinyan özündən bir bənd artırıb, ya da onun naziri sazişdən bir bəndi çıxıb. Real rəqəmi Azərbaycan Xarici İşlər Nazirliyi açıqlaya bilər.

Hər halda razılaşdırılmayan əsas bənd konstitusiya dəyişikliyi ilə bağlıdır”, - ekspert vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər