Azərbaycanla bütün müqavilələr güzgü prinsipi məntiqi ilə müzakirə olunur.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Zəngəzur dəhlizinə nəzarət məsələsi ilə bağlı sualı cavablandırarkən deyib.
“İkincisi, nəzarətin başqa bir təşkilata verilməsi məsələsi var, belə bir hal baş verərsə, Ermənistan qanunvericiliyinə uyğun olaraq baş verəcək. Belə olarsa, məntiqlidir, bu, yenidir, bir neçə ildir münaqişə başa çatıb. İndi təbiidir ki, keçid zamanı yoxlama olarsa, hansısa vasitəçinin olması daha yaxşı olardı.
Bu, sadəcə bir fikirdir və müzakirə oluna biləcək bir təklifdir”, - spiker vurğulayıb.