10 Sentyabr 12:45
1 739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyan hökuməti keçmiş separatçı rejimin Ermənistandakı qalıqları və ya qondarma qurumlarını ləğv etməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

Erməni nəşri bildirir ki, Ermənistan rəhbərliyi məlum “qurumlar”ı məhv etmək üçün hər şeyi edir:

“Ötən il Samvel Babayanla ümid edirdilər ki, Qarabağ ermənilərinin problemləri ilə məşğul olan hansısa QHT yaradılacaq, amma bu layihə baş tutmadı, yeni proje üzərində işləyirlər.

Artıq bir neçə aydır Feysbukda fəal olan “Qarabağ qaçqınlarının insan haqları assosiasiyası” yaradılıb, rəhbəri də Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın qohumu, “Milli Təhlükəsizlik Xidmətinin Qarabağdakı nümayəndəsi” olmuş Andranik Qriqoryandır”.

“Hraparak” Andranikin Qarabağ erməniləri ilə fəal görüşlər keçirdiyini qeyd edir:

“Əslində, bu yolla Qarabağ ermənilərini öz sıralarına cəlb etməyə və onları müxalif əhval-ruhiyyəli siyasi fiqurlardan ayırmağa çalışırlar. Hətta onları idarəoluna bilən və hökumətyönlü etmək üçün bəzi məsələlərdə onlara dəstək verməyə hazırlaşırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər