10 Sentyabr 16:58
23 668
12 Punto 14 Punto 16 Punto 18 Punto

10 noyabr üçtərəfli bəyanatı artıq Ermənistan üçün mövcud deyil, buna görə də, o sənədin hansısa bəndinin icrası da müzakirə mövzusu ola bilməz.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyasının rəhbəri Artur Ovannisyan deyib.

Deputat Ermənistanın Rusiyanın Zəngəzur dəhlizinə nəzarətinə qarşı olduğunu bildirib:

“Əvvəldən bəyan etmişik ki, Ermənistan ərazisindən heç bir kənar yol keçməyəcək. Ermənistanda yola kimin nəzarət edəcəyinə Ermənistan hökuməti qərar verəcək. Burada başqa heç bir ölkə o yola nəzarət edə bilməz. Nikol Paşinyan Rusiyanın gəlib nəzarət etməli olduğu sənədi imzalamayıb. Rusiya tərəfi bunu belə şərh edir, biz dəfələrlə cavab vermişik ki, bu şərh yersizdir”.

Ovannisyan iddia edir ki, 10 noyabr bəyanatı atəşkəslə bağlı sənəddir:

“Bəli, o vaxt yola nəzarəti mexanizmləri söhbəti vardı, amma vəziyyət göstərdi ki, 10 noyabr bəyanatı artıq mahiyyətcə yoxdur”.

Rusiya xarici işlər naziri Sergey Lavrov bundan öncə Ermənistandan Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyi tələb edib. Söhbət Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış 10 noyabr bəyanatının 9-cu bəndindən gedir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər