10 Sentyabr 17:16
4 450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzunmüddətli münaqişədən sonra Cənubi Qafqazı əməkdaşlıq və qarşılıqlı əlaqə məkanına nə çevrilə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Cənubi Qafqaz uzun tarixə malikdir, vaxtilə burada birgə əməkdaşlıq vardı. Amma dünyanın digər bölgələrində olduğu kimi, bu bölgədə də dövlətlərin bir-birləri ilə müharibəyə cəlb olunduğu vaxtlar olub. İndi isə hesab edirik ki, burada kifayət qədər qanların tökülməsini görmüşük, Azərbaycan, Ermənistan və Gürcüstanın regionda düşmənçilik səhifəsini bağlamaq, sabitlik və sülh erası açmaq üçün real imkanları var.

Düşünürük ki, bu, təkcə bu üç dövlət üçün deyil, bütün qonşular və ümumən dünya - hamımız üçün faydalı olacaq”, - nazir bildirib.

Mirzoyan iddia edir ki, Ermənistan öz seçimini edib və sülh gündəmini seçib: “Çünki Ermənistan sülhün üstünlüklərini dərk edir. Bu yolla irəliləmək kifayət qədər realdır, Avropada da bunun müsbət nümunələri var”.

Xarici işlər naziri vurğulayıb ki, Azərbaycan və Ermənistan artıq münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası, sülh müqaviləsi və digər məsələlər üzrə konkret nəticələr əldə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər