10 Sentyabr 16:16
11 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Qarabağ ermənilərinin hansısa formada geri qayıtmaları ilə bağlı təsəvvürüm yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyasının rəhbəri Artur Ovannisyan deyib.

Onun sözlərinə görə, hökumət hazırda Qarabağ ermənilərinin Ermənistan cəmiyyətinə inteqrasiyası üçün çalışır.

“Hökumət hər cür şəkildə çalışır ki, Qarabağdan olan soydaşlarımızın problemlərini həll etsin, onlar Ermənistanın həyatına tam inteqrasiya olunsunlar”, - Ovannisyan bildirib.

Hakim partiyanın üzvü bu məsələni ortaya atan revanşist və radikalları avantürist adlandırıb:

“İndi gəlib Qarabağ sakinlərini geri qayıtma ehtimalının olduğuna inandırmağa çalışanların hamısı avantüristdir. Ermənistanın boynuna yeni siyasi kəndir taxmaq üçün belə bir proses yaradıb aranı qarışdırmağa çalışırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər