10 Sentyabr 15:49
1 903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hökuməti radikal və revanşist müxalifətə Azərbaycanla sülh müqaviləsinin mətni ilə tanış olmağı qadağan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə revanşist “Ermənistan” fraksiyasının deputatı Artur Xaçaturyan məlumat verib.

“Parlamentin dörd müxalif deputatı Azərbaycanla sülh müqaviləsinin mətni ilə tanış olmaq üçün hökumətə müraciət edib razılıq alsa da, sonradan onlara qadağa qoyulub”, - siyasətçi bildirib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti direktorunun müavini Andranik Simonyan bunu dövlət sirri ehtiva edən məlumatla əlaqəli olduğunu söyləyib.

Onun sözlərinə görə, qanunvericilik şəxslərə dövlət sirrini ehtiva edən məlumatlarla məşğul olmağa imkan verən münasibətləri tənzimləyir.

“Həmçinin məxfi məlumatları idarə edən dövlət orqanlarının qərar vermək imkanları var”, - Simonyan əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər