Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın etirazından sonra Yerasxdan (Arazdəyən) Ararata köçürülən metallurgiya zavoduna baş çəkib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində məlumat verib.
Əvvəlcə Arazdəyəndə (Naxçıvan yaxınlığında) inşa olunan zavod Azərbaycanın etirazından sonra yeri dəyişdirilib.
Zavod Araz çayının sahilində tikildiyinə və ekoloji baxımdan doğru olmadığına görə etiraz olunmuşdu. Zavodun zərərli sularının çaya axıdılması planlaşdırılırdı. Azərbaycan uzun müddət etiraz etdikdən sonra Ermənistan ABŞ sərmayəsi ilə tikildiyini iddia edərək müəssisənin yerini dəyişdirməkdən imtina etmişdi. Azərbaycan buna mane oldu.