9 Sentyabr 00:58
1 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millətlər Liqasının C Liqasının I qrupunun II turu çərçivəsində baş tutan Slovakiya - Azərbaycan matçından öncə ev sahibləri jest edərək, Azərbaycan Respublikasının himnini canlı ifa ilə səsləndirib.

Teleqraf.com xəbər verir ki, himnimizi oxuyan qadın Karen Danqe Manafzadədir.

O, pianoçu, bəstəkar, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadənin həyat yoldaşıdır. Cütlük 2019-cu ildə Avstriyada ailə həyatı qurub.

Qeyd edək ki, A. Manafzadə Azərbaycanın əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti İslam Manafovun oğludur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər