8 Oktyabr 10:29
4 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sülh müqaviləsini imzalamaqdan imtina edən Azərbaycan yox, Ermənistandır.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov "Hraparak"a deyib.

“Sülh müqaviləsinin 19 bəndindən 16-sı razılaşdırılıb, 3-ü qalır. Ermənistan sənədi həmin 3 bənd olmadan imzalamağı təklif edir, Azərbaycan bundan imtina edir. İndi hansı tərəf müqaviləni imzalamaqdan imtina edir? Bəs onda necə olub ki, üzərində razılaşma olmayan o 3 bənd layihəyə daxil edilib, əgər Ermənistan əvvəldən bunun əleyhinə idisə, niyə onların layihəyə daxil edilməsinə razılıq verib? Bu, demaqogiya və özünü aldatmaqdır. Əvvəl bu paketlə razılaşırsınız, sonra deyirsiniz ki, qısa varianta imza ataq. Bu, tamam başqa sənəddir. Burada Azərbaycan haqlıdır”, - ekspert bildirib.

Tarasovun fikrincə, Ermənistanın Konstitusiya dəyişikliyinə getməməsi sülh müqaviləsinin imzalanmasını uzadır:

“Proses dalana dirənib, bu ona görə baş verir ki, Baş nazir Paşinyan qısa varianta imza atmaq istəyir, Prezident Əliyev isə bunu istəmir. Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb edir, Paşinyan bunu 2027-ci ilə qədər edəcəyini söyləyir”.

Rusiyalı politoloq Zəngəzur dəhlizi məsələsinin razılaşdırılmamış üç bənd arasında olduğunu düşünmür: “Azərbaycan sənəddən dəhlizlə bağlı bəndi çıxarıb, qalanı demaqogiyadır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər