25 Dekabr 13:22
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif sosial media hesabında paylaşım edib.

"Qazaxıstanın Aktau yaxınlığında Azərbaycan təyyarəsinin faciəvi qəzaya uğraması xəbəri dərindən sarsıtdı. Bu hadisə nəticəsində həyatını itirənlərlə bağlı əziz qardaşım Prezident İlham Əliyevə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Fikirlərimiz mərhumların ailələri ilədir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Pakistan Azərbaycanın yanındadır".


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər