10:21
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Teleqraf.com-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məktubda deyilir:

“Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında faciəvi şəkildə qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə kədərli xəbəri dərin hüznlə aldıq. Özbəkistan Respublikası Ali Məclisinin Senatı adından həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların hamısının tezliklə sağalmasını arzulayıram”.

Qeyd edək ki, dünən səhər saatlarında "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Nəticədə təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər