Təyyarə qəzasında həlak olan 7 nəfərin şəxsiyyəti müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan KİV ölkənin fövqəladə hallar xidmətini istinadən məlumat yayıb.
Həmin 7 nəfərin hansı ölkənin vətəndaşları olduğu isə açıqlanmayıb.
Qeyd olunub ki, hazırda təyyarənin konstruksiyalarının sökülməsi üzrə işlər davam edir.
Hadisə bölgəsindəki əməliyyatlara 306 nəfər canlı qüvvə, 101 texnika, 2 təyyarə cəlb olunub.
Fövqəladə Hallar Nazirliyi qəzadan sonra qaynar xəttə 1032 zəng daxil olduğunu bildirib.