Təyyarə qəzasında xəsarət alan daha bir nəfərin şəxsiyyəti müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, bu barədə Manqistau vilayət administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Sözügedən şəxsin azərbaycanlı olduğu açıqlanıb.
Hazırda 20 yaralının müşahidə altında olduğu bildirilib.
Onlardan 6-sı reanimasiyadadır.
Qeyd edək ki, ötən gün 38 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası ilə bağlı araşdırmalar davam edir.