2024-cü ildə Azərbayanın mənzil bazarında qiymət indeksi 2023-cü illə müqayisədə 9,9 faiz artıb.
Teleqraf.com Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin dördüncü rübündə mənzil bazarında qiymət indeksi 2024-cü ilin III rübü ilə müqayisədə 103,3 faiz, o cümlədən ilkin mənzil bazarı üzrə 102,8 faiz, təkrar mənzil bazarı üzrə 103,3 faiz təşkil edib.
Ötən il mənzil tikintisinə investiya qoyluşu 2,5 milyard manat olub. Mənzil tikintisinə investisiyalar 2023-cü illə müqayisədə 2024-cü ildə 2 dəfəyə yaxın artıb.