"AzerGold” QSC pərakəndə satışa təqdim etdiyi qızıl sikkə, külçə və gümüş məhsullarının istehsalının satınalınması üzrə tender elan edib.
Teleqraf.com cəmiyyətə istinadən xəbər verir ki, külçə məhsullarında sadəcə ön hissəsində iş görüləcək. Görünüş olaraq düz külçə görünməlidir. Toplam həcm qızıl üzrə 130 kq, gümüş üzrə isə 8 kq-dır.
Tenderdə iştirak haqqı 400 manatdır. İddiaçılar sənədləri fevralın 11-nə qədər “AzerGold” QSC-nin Satınalma Komissiyasına təqdim etməlidirlər. Açıq tender üzrə təklif zərflərinin açılışı elə həmin gün baş tutacaq.