İngiltərənin “Sanderlend” klubunun futbolçusu Vilson İzidor Çempionşipin XXVII turunda "Bernli" ilə səfər oyununun sonlarında iki penaltini yerinə yetirə bilməyib.
Teleqraf.com-un məlumatına görə, fransalı hücumçu 86 və 90+7-ci dəqiqələrdə təyin olunmuş penaltiləri qaçırıb.
Nəticədə görüş qolsuz yekunlaşıb - 0:0.
Qeyd edək ki, "Sanderlend" mərkəz hücvumçusunu avqustda "Zenit"dən icarəyə götürüb. 24 yaşlı futbolçu İngiltərə komandasının heyətində 24 matçda 8 qol vurub.