29 Yanvar 16:23
255
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasına (MSK) seçkilərdə qanun pozuntuları ilə bağlı rəsmi müraciət olmayıb.

Teleqraf.com xəbər verir ki, bunu MSK-nın sədr müavini Rövzət Qasımov deyib.

"Lakin qaynar xəttimizə qeyri-rəsmi şəkildə 30-dək müraciətlər daxil olub. Onlar da məlumat almaq xarakterlidir. Bundan başqa, biz sosial şəbəkələrdə bəzi materialları da araşdırırıq. Ancaq seçicilərimizi narazı salan məqamlar olmayıb. Sosial şəbəkələrdə skandal yaratmaq məqsədi ilə bir neçə video yayılmışdı, lakin onu araşdırdıq, tamamilə əsassız idi. Bir daha qeyd edim ki, müraciət daxil olarsa, biz obyektiv şəkildə araşdırmağa hazırıq", - deyə komissiya rəsmisi əlavə edib.


Müəllif: Məlik Məlikov

Oxşar xəbərlər