Ermənistanın “Avroviziya” Mahnı Müsabiqəsinə qatılacağı mahnının adı bəlli olub.
Axar.az xəbər verir ki, “Genelogy” qrupunun oxuyacağı mahnı “Don’t Deny” (“İnkar etmə”) adlanır. Ermənistanın bu mahnısı böyük səs-küyə səbəb olub. Bir çoxları iddia edir ki, bu mahnı “soyqırımı inkar etmə” şəklində başa düşülməlidir. Qrupun adının “Genelogy” – soyağacı olması da bu iddiaları gücləndirir.
Bu qrup 1915-ci il hadisələrindən sonra dünyanın bir çox ölkələrinə köç etmiş erməni ailələrinin övladlarını birləşdirmək məqsədilə yaradılıb.
Qeyd edək ki, qrup üzvləri mahnının soyqırım iddiaları ilə heç bir əlaqəsi olmadığını bildiriblər.