"Barəmizdə cinayət işi açılıb"
Hazırda Bakı Apellyasiya Məhkəməsində Baş Prokurorluğun Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində təqsirləndirilən şəxslərlə bağlı apellyasiya protestinə baxılır.
Teleqraf.com-un əməkdaşının verdiyi məlumata görə, qapalı keçirilən prosesdə iş üzrə təqsirli bilinən Elin və Zaur Məmmədov qardaşlarının işinə ayrı-ayrılıqda baxılır.
Əməkdaşımız məsələ ilə bağlı Z.Məmmədovun fikirlərini öyrənə bilib. "Narahat olduğunuza görə mətbuata təşəkkür edirik. Barəmizdə cinayət işi açılıb. İndi prosesə gedirəm. Başqa heç nə deyə bilmərəm".
Qeyd edək ki, Xəzər Universiteti rektorunun qızı Ülkər İsayeva 9 mart 2015-ci il tarixində Bakı şəhərində, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində iki qardaş tərəfindən fiziki işgəncəyə məruz qalıb. Baş vermiş hadisə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və prokurorluq iş üzrə təqsirləndirilən Məmmədov Zaur Muxtar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə müraciət edib. Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova prokurorluğun vəsatətini təmin etməyib.
Hacı