Ötən il Azərbaycanda 25 mindən çox uşaq nikahdankənar doğulub.
Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, nikahdankənar doğulan uşaqların əksəriyyəti kənd yerlərindədir.
Belə ki, ötən il 25486 uşaq nikahdankənar doğulub. Onların 9772-si şəhər, 15714-ü kənd yerlərində doğulub.
Nikahdankənar doğulan uşaqlar ölkə ərazisində diri doğulanların 14.9%-ni təşkil edib.
Qeyd edək ki, 2010-cu ildə nikahdankənar doğulan uşaqların sayı 25385, 2011-ci ildə 30983, 2012-ci ildə 27031, 2013-cü ildə isə 25069 olub