Azərbaycan Prezidenti İlham Əliyev Liberiya Respublikasının Prezidenti xanım Ellen Conson-Serlifi təbrik edib.
Təbrikdə deyilir:
"Liberiya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".